“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, Neil Patrick Harrisin təqdimatında keçirilən mükafatlandırma mərasimi son 6 ilin ən az izlənəni olub. “Nielsen” Araşdırma Mərkəzinin hesabatına görə, bu il keçirilən “Oskar”ı 36 milyon nəfər izləyib. Ötən ildə müqayisədə reytinq aşağı düşüb. Həmçinin araşdırma şirkəti bu il “Oskar”la bağlı tvit atanların sayının azaldığını bildirib (5.9 milyon tvit).

Qeyd edək ki, ötən il Ellen De Generesin aparıcılığı ilə baş tutan tədbir isə rekorda imza atmışdı. 42.7 milyon tərəfindən izlənən mərasim "ən yaxşı “Oskar”" mərasimi hesab edilmişdi. Mükafatlandırma mərasimi ilə bağlı tvit sayı isə 11. 2 milyonu keçmişdi.

Xatırladaq ki, ən az izlənən “Oskar” mükafatlandırma mərasimi 2008-ci ildə qeydə alınmışdı( 32 milyon nəfər).
Son xəbərlər
Son Xəbərlər