“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 7,9 bal gücündə yeraltı təkanlar geniş dağıntılar törədib. Xeyli sayda xəsarət alanlar var.
Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib.
Nepal rəsmisi zəlzələ mərkəzində geniş dağıntıların olduğunu bildirib.
Polis sözçüsü ölkə boyu 565 adamın öldüyünü deyib. Bu rəqəmin artacağı güman edilir.
Yeraltı təkanlar qonşu Pakistan, Banqladeş və Hindistanda hiss olunub.
Katmanduda UNESCO mədəniyyət irsi obyektləri siyahısına salınmış qədim qüllənin dağıntıları altında onlarla adamın qaldığı güman edilir. Xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar.
Bir çox binalar uçub. Nəqliyyat sisteminin işi pozulub, ölkənin əsas aeroportu fəaliyyətini dondurub.
***
Nepal rəsmiləri açıqlamasında ölü sayının 876 nəfər olduğunu, daha da artacağını bildirib. Ölkə prezidenti Ram Baran Yadava ölkələrə hümanitar yardımla bağlı müraciət edib. İlk yardım edən ölkə isə Hindistan olub.
***
"Qafqazinfo" komsomolskaya pravdaya istinadən xəbər verir ki, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb. Nepal höküməti zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Son xəbərlər
Son Xəbərlər