Son 9 ildə ilk dəfə birinci oldu

son-9-ilde-ilk-defe-birinci-oldu
Oxunma sayı: 2189

Böyük Britaniya ifaçısı və bəstəkar Elton Conun albomu 2012-ci ildən bəri ilk dəfə Britaniya çartlarında birinci pilləyə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Billboard” nəşri Birləşmiş Krallığın musiqi hit-paradlarını tərtib edən “Official Charts Company” şirkətinə istinadən bildirib.

Britaniya musiqiçisinin diskoqrafiyasında sayca 32-ci olan “The Lockdown Sessions” adlı plastinkası amerikalı müğənni Lana del Rey, həmçinin Britaniyanın “Duran Duran” və “Coldplay” qruplarının yeni albomlarından daha çox satılıb.