Son anda ölümdən qurtuldu - Video

son-anda-olumden-qurtuldu
Oxunma sayı: 2617

Xəbər verdiyimiz kimi, dünən axşam və gecə saatlarında ölkənin qərb bölgəsində güclü külək fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, küləyin zərər vurduğu ərazilərdən biri də Mingəçevir olub. Dünən axşam şəhərdə küləyin kökündən qoparıb aşırdığı irigövdəli ağaclardan biri isə “Ford” markalı yük avtomobilinin üzərinə aşıb. Ağacın gövdəsi maşının sürücü kabinasının üzərinə düşüb.

Hadisə şahidləri bildiriblər ki, sükan arxasında olan sürücü son anda özünü sərnişin oturacağı istiqamətinə ataraq xilas ola bilib.

Hadisə yerindən görüntüləri təqdim edirik: