Son anda xilas edildi

son-anda-xilas-edildi
Oxunma sayı: 701

Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
 
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
 
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:35-də başa çatıb.