Dənizdə batmaq təhlükəsilə üzləşən şəxs xilas edilib.
“Qafqazinfo”nun Fövqəladə Haqllar Nazirliyinə istinadən (FHN) məlumatına görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 17:47-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər