Son anda xilas oldu

son-anda-xilas-oldu
Oxunma sayı: 1089

Çayda batan şəxs xilas olunub.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan şəhəri ərazisində yerləşən çayda (məntəqə ərazisində) 1 nəfərin batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə çataraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.