“Son beş ayda çox xəstə idi…” - Mütəllibovun nəvəsi

son-bes-ayda-cox-xeste-idi
Oxunma sayı: 8362

“Son beş ay ərzində çox xəstə idi. Vəziyyəti dəyişirdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibovun nəvəsi Tahir Mütəllibov babasının dəfn mərasimində deyib. O bildirib ki, mərhum bir neçə xəstəlikdən əziyyət çəkib:

“On ildir ki, Azərbaycana qayıtmışdı. O, bir neçə xəstəlikdən əziyyət çəkirdi. Axırıncı 3 gün vəziyyəti lap pis idi. Dünən axşam saat 10-da dünyasını dəyişdi”.

***

Dəfn mərasimində millət vəkili Tahir Kərimli də çıxış edib:

“Bir nəfərin burnu qanamasın deyə hakimiyyətdən çəkildi. Bir sıra dövlətlə çox yaxşı münasibətlər yaradıb. Çox gözəl iqtisadçı idi. Ən vacibi də o idi ki, gözəl insan idi. Çox sadə həyat tərzi keçirirdi. Mən onun Moskvada evində də olmuşdum. Ürəyi Azərbaycanda idi. O, Moskvada çox gözəl həyat qura bilərdi, lakin vətəninə üstünlük verdi və bura qayıtdı. Böyük insan idi. Allah ona rəhmət eləsin. Allah ona hər şey vermişdi. Mən düşünürəm ki, gələcəkdə onun qədri daha çox bilinəcək. 2012-ci ildə hörmətli Prezidentimiz və Mehriban xanım Ayaz Mütəllibovun vətənə qayıdışını təmin etməklə cəmiyyətimizdə böyük bir vəhdət yarandı. Açığını deyim ki, müəyyən regional qarşıdurmalar var idi. Cəmiyyət parçalanmış vəziyyətdə idi. Onun vətənə gəlməsi ilə ölkədə mehribanlıq, cəmiyyətdə birlik yarandı”.

Eldar Tanrıverdi