Son biletlər üçün kassalar önündə növbə - Fotolar

son-biletler-ucun-kassalar-onunde-novbe
Oxunma sayı: 644

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, matç üçün satışa çıxarılan biletlər demək olar ki, bitib. 

Klub rəhbərliyi “qara bazar”ın qarşısını almaq üçün bugünə 2000 bileti satışa çıxaracaq. Saat 17:00-da kassalar açılacaq və biletlər satılacaq. Hələ 1 saat qalmasına baxmayaraq kassalar önündə növbə var. Azarkeşlər indidən kassaların açılmasını gözləyirlər.