Son bir həftədə respublikada 95 minə yaxın ağac əkilib - Fotolar

son-bir-heftede-respublikada-95-mine-yaxin-agac-ekilib
Oxunma sayı: 974

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul”  devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

"Qafqazinfo"nun məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki,  martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Cəngidə 2 hektar ərazidə 2000-ə yaxın müxtəlif cinsli ağac əkib. Martın 6-da isə Şabran rayonu ərazisində 3 hektarda 2000-dən çox şam ağaçı əkilib. 

“Mövsümün sonunadək  davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o bildirib.  

Nazirlik sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib, 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb.

Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.