Avqustun 4-də futbol üzrə Fransa çempionatı “Monako” – “Tuluza” matçı ilə start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ötən mövsümün çempionu “Monako” növbəti mövsümə qələbə ilə başlayıb.
Lakin, ev sahibləri ciddi müqavimətlə üzləşiblər. Belə ki, “Monako” oyunun gedişində hesabda 2 dəfə məğlub duruma düşməsinə baxmayaraq sonda 3:2 hesablı qələbə qazanıb.
Turun növbəti oyunları 5-6 avqust tarixlərində baş tutacaq.
“Monako” – “Tuluza” 3:2
6 – Maşaş (0:1)
28 – Cemerson (1:1)
53 – Delort (1:2)
58 – Falkao (2:2)
70 – Kamil Qlik (3:2)
Son xəbərlər
Son Xəbərlər