“Son dəqiqəyə kimi qol vurmağa çalışacağıq” -

son-deqiqeye-kimi-qol-vurmaga-calisacagiq-
Oxunma sayı: 789


“Qafqazinfo” xəbər verir ki, bu gün rəqib komandanın baş məşqçisi Niko Kovaç matçın keçiriləcəyi "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyunu Robert Prosineçki - Niko Kovaç dueli kimi qələmə vermək olarmı? 

- Xeyr, biz komanda yoldaşı olmuşuq. Sabah 1 xorvat futbolçu azərbaycanlı futbolçuya qarşı oynayacaq.  

- Berti Foqtsun gedişindən sonra millimizdə dəyişikliklər olduğunu demişdiniz. Hansı dəyişikliklər olub? 

- Milliniz indi müdafiədə daha sıx və nizam-intizamlı oynayır. Top saxlayıb kor-koranə hücum atılmır. Sabah bizim üçün çətin olacaq. Son 2 oyunda məğlub olmamağınız futbolçularda özünəinam artırır. Sabah hər şey bizim necə oynamağımızdan asılıdı. 

- Sabahkı oyunda xal itirsəniz, normal nəticə kimi qəbul edəcəksinizmi? 

- Həmişə optimist olmuşam. Komandam bilir ki, sabahkı oyundan çox şey asılıdır. Sabah qələbə qazansaq vəsiqəni təmin edə bilərik.  

- 3 və daha artıq qol vurmaq imkanınız olsa bunu edərsinizmi? 

- Xeyr, üçdən çox qol vursaq deyəcəm yenə də vursunlar. Hər bir oyunda ilk dəqiqədən son dəqiqəyə kimi qol vurmağa çalışacağıq. 

“Qafqazinfo”