Son dörd ildə 7 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Video

son-dord-ilde-7-tondan-cox-narkotik-vasite-qanunsuz-dovriyyeden-cixarilib
Oxunma sayı: 793

Dövlət Gömrük Komitəsi (DGK) ölkədə son dörd ildə narkomaniyaya qarşı mübarizədə gördükləri tədbirlər haqda videoicmal hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, videoicmalda qeyd olunub ki, DGK bu bəşəri bəlaya qarşı mübarizədə müasir texnologiyalardan, əməliyyat-axtarış sistemlərindən, gömrük nəzarəti vasitələrindən istifadə edir.

Bildirilib ki, həyata keçirilən səmərəli fəaliyyətin nəticəsidir ki, 2018-ci ildə 1 ton 193 kq 527 qram, 2019-cu ildə 1 ton 988 kq 628 qram, 2020-ci ildə 1 ton 490 kq 495 qram, 2021-ci ilin müvafiq dövründə 2 ton 500 kq-ə qədər, ümumilikdə bu illər ərzində 7 tondan artıq narkotik vasitə, psixotrop maddə və onların prekusorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Aşkarlanan narkotik vasitələrin 90%-ni daha təhlükəli narkotik hesab olunan heroin təşkil edib. Araşdırmalar göstərir ki, aşkar olunan narkotiklərin 98%-nin ölkə ərazisinə cənub sərhədlərindən keçirilməsinə cəhd göstərilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2018-ci ildə 291, 2019-cu ildə 490, 2020-ci ildə 108, 2021-ci ilin müvafiq dövrü ərzində 46 şəxs barəsində müvafiq tədbirlər görülüb.

Videonu buradan izləyə bilərsiniz