Son oyundan imtina edən millimiz kubokunu aldı - Fotolar

son-oyundan-imtina-eden-millimiz-kubokunu-aldi
Oxunma sayı: 1015

Türkiyədə keçirilən “Antalya Cup” turnirinin qalibi olan Azərbaycan U-21 millisi mükafatına qovuşub.

“Qafqazinfo” xəbər verir ki, təşkilatçılar turnirin 5-ci turundan imtina edən yığma komandamıza kuboku təqdim ediblər. 

Qeyd edək ki, komandamız Bəhreyn üzərində 4:0 hesablı qələbə ilə xalını 12-yə yüksəldərək rəqibləri üçün əlçatmaz olub və birinciliyi erkən təmin edib. Həmçinin yığmamız son turda Kosovoya qarşı keçirtməli olduğu matçdan imtina edib.