Son sutkada 1000-ə yaxın vaksin vurulub

son-sutkada-1000-e-yaxin-vaksin-vurulub
Oxunma sayı: 939

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.