Son sutkada 2 mindən çox doza vaksin vurulub

son-sutkada-2-minden-cox-doza-vaksin-vurulub
Oxunma sayı: 1031

Azərbaycanda son sutkada 2 162 doza vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 494-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 188 olub.