Son sutkada 30 mindən çox “buster” doza vurulub

son-sutkada-30-minden-cox-buster-doza-vurulub
Oxunma sayı: 1495

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, “buster” doza üzrə isə 30 600 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə 4 748 738 nəfər təşkil edir. Ümumilikdə isə 2 158 266 “buster” doza vurulub.