Son sutkada koronavirusdan ölənlərin sayı 17-yə çatdı

Son sutkada koronavirusdan ölənlərin sayı 17-yə çatdı
Oxunma sayı: 8096

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan dünyasını dəyişib.