Son sutkada nə qədər vaksin vurulub?

son-sutkada-ne-qeder-vaksin-vurulub
Oxunma sayı: 2044

Azərbaycanda son sutkada koronavirus əleyhinə 33 441 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə 20 678 nəfərdir.

Vurulun vaksinlərin ümumi sayı 9 106 934 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə isə 4 177 277 nəfər təşkil edir.