Son sutkada neçə doza vaksin vurulub?

son-sutkada-nece-doza-vaksin-vurulub
Oxunma sayı: 1252

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 398 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 973, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 33 311 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 2 156 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə 4 777 007 nəfər təşkil edir. Ümumilikdə 2 566 634 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə dəyişməyib – 196 138.