Son sutkada neçə vaksin vurulub?

son-sutkada-nece-vaksin-vurulub
Oxunma sayı: 1197

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 457 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 168, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 671, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 125 nəfərdir.