Son sutkada sağalanların sayı yoluxanları keçdi

son-sutkada-sagalanlarin-sayi-yoluxanlari-kecdi
Oxunma sayı: 5390

Son sutkada ölkədə sağalanların sayı yoluxanları keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunur ki, ötən gün 2480 nəfər müalicə olunaraq sağalıb. Bununla da sağalanların sayı 269965-ə çatıb.

Hazırda aktiv xəstə sayı 31733-dür.