“Son zəng”in vaxtı bəlli oldu

son-zengin-vaxti-belli-oldu
Oxunma sayı: 2288


“Qafqazinfo”nun publika.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, “Son zəng”in keçirilməsi ilə bağlı Təhsil Nazirliyi məktəblərə tövsiyə verib. Tövsiyədə qeyd olunur ki, iş həftəsi beş günlük olan məktəblərdə tədbirlər mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunsun. Həmin tədbirlər məktəb ərazisində keçirilsin.