“Qafqazinfo” xəbər verir ki, komandamız səfərdə 0:2 hesabı ilə məğlub olduğu rəqibi ilə bugünkü oyunu da 0:0 hesabı ilə bitirib və mübarizəni dayandırıb.
“İnter”in baş mәşqçisi Zaur Svanadze oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
“Yaxşı oyun göstәrdik. Çox güclü rәqibә qarşı mübarizәyә görә futbolçularıma tәşәkkür edirәm. Artıq fikrimizi çempionat oyunlarına yönәltmәliyik”.
Gürcü mütәxәssis komandanın daha çox müdafiәdә oynamasından da danışıb: “Mәn rәqib mәşqçinin dediklәri ilә razılaşmıram. Biz hücuma da atılırdıq. Qol vurmaq istәyirdik. Amma alınmadı rәqibin gücü hәr kәsә bәllidir. İstәyirdik ki, cütün taleyini dәyişәk. Mümkün olmadı. Fikrimcә, sona qәdәr döyüşdük”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər