Sona Vəliyevanın kitabı İranda nəşr olunub

sona-veliyevanin-kitabi-iranda-nesr-olunub-
Oxunma sayı: 834


“Qafqazinfo”nun məlumatına görə, kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə “Avayi Münci” nəşriyyatı tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib. 

“Arazbarı”dakı şeirlərin dərin məzmununda ana məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada inkaredici fikir və ifadəyə rast gəlinmir. 

Urmiyalı tədqiqatçı, şair və tərcüməçi Əkbər Əlyar Həmidi kitabın İran nəşrinə əlavə etdiyi girişdə yazır: “Həkimə Billuri və Mədinə Gülgün¬dən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı və gözlənilməzdir, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeiri¬nin bayraqçıları olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə nisgil yox, bəlkə yarınisgil, yarıepik bir yaradıcılığın sahibidir”.