“Sonadək döyüşəcəyik...”

sonadek-doyuseceyik
Oxunma sayı: 709

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" Futbolinfo.az-a istinadən xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Hər iki komanda üçün axırıncı şanslar idi. 3 xal vacib idi. Rəqib güclüdü, yaxşı oyunçuları var, sadəcə, uyğunlaşmaq üçün zamana ehtiyacları var. İlk yarıda pressinq edib, nəticə qazandıq, fasilədən sonra əks-hücumlara üstünlük verdik. Daha 3 çətin oyunumuz qalıb, sonadək döyüşəcəyik. Matçın sonlarında komanda sanki "oturmuşdu". Əks-hücumda oynadıq. Bundan başqa, nəticədən irəli gələn psixoloji durum da var idi. Hamı hesabı düşünürdü".