Sondan “Tottenhem”ə üzücü xəbər

sondan-tottenheme-uzucu-xeber
Oxunma sayı: 2283

Premyer Liqanın 26-cı turunda “Aston Villa” ilə matçda zədələnən “Tottenhem”in hücumçusu Son Hın-Min əməliyyat olunacaq.

“Qafqazinfo” xəbər verir ki, cənubi koreyalı futbolçu sağ əlindəki sınığa görə bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Son Çempionlar Liqasının 1/8 finalında “Leyptsiq”lə matçda meydana çıxmayacaq.
 
27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub, 7 assist edib.