Soner Bakıya Yeşimlə gələcək -

soner-bakiya-yesimle-gelecek-
Oxunma sayı: 1059


Konsertin təşkilatçısı, prodüser Humay Muxtarova mərasim haqda fikirlərini bölüşüb:

“Artıq üçüncü dəfədir ki, Soner paytaxtımıza gəlir. Lakin bu dəfə o Bakıda ilk dəfə olaraq canlı orkestrla konsert verəcək. Bütün məsələləri aydınlaşdırmışıq, kontrakt bağlanılıb. Saat 19:00-da modellerin çıxışları olacaq. Daha sonra 20:30-da türk müğənni Yeşim Erçetin səhnədə çıxış edəcək. Gecə saatlarında isə Soner orkestrla səhnəyə çıxıb, mahnılarını ifa edəcək. Ən sonda isə dj Mansurun təqdimatında səhərə qədər diskoteka davam edəcək. Konsertdən öncə mətbuat konfransı keçiriləcək. Konfrans avqustun 28-də baş tutacaq”.

Könül

“Qafqazinfo”