Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb.
"Qafqazinfo" xəbər verir ki, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: “Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar”.
MSK sədri, həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq. M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün çoğrafiyasını əhatə edəcək. MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi online şəkildə insanlara çatdırılacaq.
Son xəbərlər
Son Xəbərlər