“Sonsuz Dəhliz” Böyük Britaniyada - Fotolar

sonsuz-dehliz-boyuk-britaniyada
Oxunma sayı: 928

Fevralın 23-də Böyük Britaniya Parlamentinin “Boothroyd Portcullis House” adlı binasında kinematoqrafiya sahəsində dünyanın nüfuzlu mükafatlarına layiq görülmüş ABŞ və Litvanın birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin premyerası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, millət vəkili Bob Bləkmən, qrupun üzvü Baronessa O’Kateynin və Lord Hovardın iştirakı ilə keçirilən tədbir 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

Bu kampaniya çərçivəsində “Sonsuz Dəhliz” filminin təqdimatı və 100-dən artıq ölkədə Xocalıya həsr edilmiş xatirə tədbirləri keçirilib.

Kinosevərlər qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbir iştirakçılarına məlumat verib ki, hazırda Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonu hələ də Ermənistanın işğalı altında qalmaqda davam edir. Bu da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin birbaşa pozuntusu deməkdir. Bu status-kvo nə Azərbaycan, nə də dünyanın hər hansı bir ölkəsi üçün qəbuledilən deyil.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.