Fevralın 24-də Belçikanın paytaxtı Brüssel şəhərindəki “BOZAR” Təsviri İncəsənət Mərkəzində ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mukafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı müstəqil sənədli filmin premyerası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilib. Anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib.
Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov 1992-ci ilin fevral ayında baş vermiş Xocalı qətliamı bəşər tarixində ən dəhşətli kütləvi insan qırğını olduğunu bildirib: “Biz bu münaqişənin sülh yolu ilə həll olunacağına inanırıq və ümid edirik ki, beynəlxalq ictimaiyyət bunun həllində öz səylərini davam etdirəcəkdir.”
Tədbirin bədii hissəsi azərbaycanlı skripkaçı, solo ifaçı, Nəzrin Rəşidovanın klassik musiqi ifası ilə davam edib.
Son xəbərlər
Son Xəbərlər