Fransanın Strasburq şəhərində nəşr olunan “Dernières Nouvelles d'Alsace” qəzetində fevralın 16-da yerli “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayiş ediləcəyi barədə məqalə dərc olunub.
“Qafqazinfo” xəbər verir ki, filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Məqalədə bildirilir ki, bu film vasitəsi ilə 1992-ci ildə törədilmiş Xocalı qırğını anılacaq.
Məqalə müəllifi Jurgen Thöne yazır ki, tanınmış fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi “Xocalı 613” adlı musiqi əsərinin təsiri altında biz bu qırğının törətdiyi ağrını hiss edəcəyik.
“Tarixin bu səhifəsi ilə mən Azərbaycanın paytaxtı Bakıya ikinci səfərim zamanı, ölkənin zəngin musiqisi və ədəbiyyatını kəşf edərkən tanış olmuşam. Xaricilərə həmişə qonaqpərvərlik göstərən azərbaycanlılar bu kədərli xatirəni mənimlə müəyyən vaxtdan sonra bölüşdülər. Daha sonra mənim dostlarımdan biri, azərbaycanlı skripkaçı Xocalı qurbanlarının xatirəsinə musiqi bəstələmək istəyimin olub-olmadığını soruşdu. Belə bir istək yalnız musiqiçidən gələ bilərdi. Sözlərdən fərqli olaraq, musiqi heç kəsi yaralamadan daha dərin təsir edir. Çünki o sözlə deyilməsi mükün olmayanı ifadə edir. Bu, hətta müharibə ilə maraqlanmayan qərbi avropalılara toxuna bilər”, - deyə Pyer Tilloy jurnalistlə söhbət edərkən bildirib.
Filmin nümayişində rejissor Aleksandras Brokas və Pyer Tiloy iştirak edib.
Son xəbərlər
Son Xəbərlər