“Sonuncu” daha iki mükafat qazandı

sonuncu-daha-iki-mukafat-qazandi
Oxunma sayı: 928

“Sonuncu” sənədli filmi 20-26 noyabr tarixlərində Belarusun Minsk şəhərində keçirilən 27-ci “Listapad” - Minsk Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə müsabiqə bölməsində “Приз за верность жанру” (Janra sədaqət) mükafatına, bununla yanaşı 23-28 noyabr tarixlərində Polşanın Lodz şəhərində keçirilən 31-ci Media Festivalı - “Man in Danger”də “Patient Eye” (Səbirli göz) və pul mükafatlarına layiq görülüb.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. Ekran işinin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru polşalı kinematoqrafçı Mateuş Çuxnovskidir.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci “Jahorina Film Festivalı”nda “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bronze Castle” (Bürünc Qəsr), 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülüb. 

Ekran işi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunub.