Sonuncu dövrə başlayır

sonuncu-dovre-baslayir
Oxunma sayı: 927


 “Qafqazinfo” xəbər verir ki, XXVIII tur çərçivəsində bir-birindən maraqlı və prinsipial oyunlar keçiriləcək. Bu turun həyəcanla gözlənilən matçlarından biri “Böyük oyun” adını almış “Neftçi”- “Xəzər Lənkəran” matçı olacaq. Sabah keçiriləcək möhtəşəm görüşün favoriti “Neftçi” sayılır Çünki doğma azarkeş önündə oynamaq və ev sahibliyi amili “ağ-qara”lara əlavə stimul verir. İlk 3 dövrədəki oyunların ikisi heç heçə ilə,0-0 və  2-2 hesabı ilə başa çatıb. Yalnız bir matç “Neftçi”nin 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu tur keçiriləcək digər matçların siyahısı isə belədir:


28 Mart 

Saat 15:00

“Sumqayıt”- “Azal”


29 mart

Saat 15:00

“Bakı”- “Simurq”

Saat 17:00

“Neftçi”- “Xəzər Lənkəran”

30 mart

Saat 16:00

“İnter”-“Rəvan”

Saat 17:00

“Qarabağ”- “Qəbələ”


İqbal