Sonuncu dövrə nə zaman başlayacaq?

sonuncu-dovre-ne-zaman-baslayacaq
Oxunma sayı: 758

Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, mövsümün sonuncu – IV dövrəsinə Gəncədə start veriləcək.

İlk oyun günündə autsayderlər “Kəpəz”lə “Keşlə”nin qarşılaşmasından sonra “Qarabağ” və “Səbail” meydana çıxacaq.

Turun daha çox maraq kəsb edən oyunları aprelin 8-də baş tutacaq. Avrokubok arzusunda olanların duellərində öncə “Zirə” və “Qəbələ”, ardınca “Neftçi” və “Sumqayıt” üz-üzə gələcək.

Topaz Premyer Liqası

IV dövrə

XXII tur

7 aprel (şənbə)

15:00. “Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu

18:30. “Qarabağ” – “Səbail”
“Azərsun Arena”

8 aprel (bazar)

16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”
8-ci km qəsəbə stadionu