Sonuncu mahnı təqdim olundu - Rəsmi qeydiyyat başa çatdı

sonuncu-mahni-teqdim-olundu
Oxunma sayı: 1089

“Eurovision-2016”da son olaraq Malta təmsilçisi İra Losko və ifa edəcəyi mahnı müəyyənləşib. Musiqi parçası “Walk on water” adlanır.

“Qafqazinfo”nun məlumatına görə, martın 17-də təqdim olunacaq mahnı Avropa Yayım Birliyinə təqdim olunub.

Bununla da müsabiqədə iştirak edən 43 ölkənin hər biri öz təmsilçisinin və mahnısının Avropa Yayım Birliyinə (EBU) rəsmi şəkildə təqdimatı başa çatıb.

Həmçinin, mahnı müsabiqəsində iştirak edəcək ölkələrin nümayəndə heyətləri rəhbərlərinin ilk rəsmi görüşü keçirilib.

Görüşdə yarışma ilə bağlı bəzi məsələlər müzakirə olunub, həmçinin gələn il keçiriləcək “Eurovision-2017” müsabiqəsinin ilkin tarixləri də açıqlanıb.

Müsabiqə bu il olduğu kimi, iki yarımfinal və bir final mərhələsindən ibarət olacaq.

“Eurovision-2017”nin birinci yarımfinalı mayın 17-i, 2-ci yarımfinalı mayın 18-də, final isə mayın 20-də keçiriləcək.