“Sonuncu missiyanın başlanğıcı”

sonuncu-missiyanin-baslangici
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, 2008-2010-cu illərdə yazmış olduğu bu romanında dövrün ən aktual mövzularından biri olan terrorizmə qarşı mübarizədən bəhs olunur. Əsərin baş qəhrəmanı olan Maykla terrorçularla mübarizə aparmaq deyil, Həmdullah adlı bir terrorçunu qorumaq əmri verilir. Kəskin süjetli bu əsərin oxuculara ən böyük töhfəsi onlarda mübarizlik və yorulmazlıq hissinin yaradılmasıdır.

Həmdullah adlı həmin terrorçuya öz başçıları tərəfindən İnterpolun rəhbərliyində olan işçilərdən birini öldürmək əmri verilir. Amma hadisələr heç də terror təşkilatının xəyal etdiyi kimi cərəyan etmir. Nədənsə Həmdullah bu bu əməliyyatda yalqızdır.

“İnterpol” indi onu izləməyə, terrorçular öldürməyə, GF adlı təşkilat isə qorumağa çalışır.

Qeyd edək ki, bu kitabdan sonra müəllifin povest-hekayələrin cəmləşdiyi və psixoloji detektiv janrında yazılan “Cəhənnəmi qoruyan mələklər” adlı kitablarının da çıxacağı gözlənilir.

Fatimə Kərimli