Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Elis Manolova B qrupunda yarışacaq.
26 yaşlı idmançı ilk görüşündə Tetyana Rijko (Ukrayna) ilə, ardından Viktoriya Vesso (Estoniya) ilə üz-üzə gələcək. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.
Son xəbərlər
Son Xəbərlər