Sonuncu sərbəst yürüş başladı

sonuncu-serbest-yurus-basladi
Oxunma sayı: 767

Bakıda keçirilən Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 pilotlarının üçüncü - sonuncü sərbəst yürüşü başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.