Ukraynalı voleybolçu Azərbaycana gəlməsindən və ölkəmizdəki həyatından danışıb: “Azərbaycandan təklif gəldi. Düşündüm ki, gedim baxım, xoşuma gəlsə, müqavilə imzalayacağam. Bura gəldim və hər şey məni qane etdi. Müqavilə imzaladım. Düzdü, Azərbaycan Ukrayna ilə müqayisədə fərqli ölkədir. Amma məni narahat edəcək bir şey yoxdur”.
Ruban “Telekom”un çempionatda autsayder olmasına da münasibət bildirib: “Bizim çempionatda sonuncu yerdə olmağımız normaldır. Çünki “Telekom” yeni yaranmış komandadır. Zamanla hər şey qaydasına düşəcək və biz yaxşı yerlərə gələcəyik”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər