Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Vətən müharibəsində şəhid olan oğlu, Baş leytenant Rövşən Nurzadə barədə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, “Elgizlə izlə” proqramında qonaq olarkən oğlunun könüllü olaraq döyüşlərdə iştirak etdiyini vurğulayıb:
“Rövşən İkinci Fəxri Xiyabanda dəfn edilib. Birinci Qarabağ hadisələri baş verəndə sinif uşaqlarına deyirdi ki, müharibəyə gedəcəm, torpaqlarımız üçün vuruşacam. Direktor bu barədə mənə məlumat vermişdi.
Ağdamda olan posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib ki, xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən qəribə uşaq idi. Mərd, qoçaq, sirrini heç kəsə verməyən övlad idi.
.jpg)
Müharibə başlayanda özündə olmadı. Məhəllədə dedilər ki, Rövşən müharibəyə gedəcək. Söylədim ki, yaşı uyğun gəlmir. Ehtiyatda olan zabit idi. Səhər bizlə görüşdü, dedi ki, hərbi komissarlıqda olmalıyam. Ərizə veribmiş ... Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu iki oğlu ilə özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidə olarkən zəng etmişdi. Zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Onun sonuncu zəngi idi”.
Son xəbərlər
Son Xəbərlər