Şorba içib 3 milyon qazanacaq

sorba-icib-3-milyon-qazanacaq
Oxunma sayı: 2177

Türkiyənin pop ulduzu Murat Boz 2020-ci ili ən çox gəlirlə qarşılayan sənətçi olub.

“Qafqazinfo” xəbər verir ki, müğənni hazır şorba brendinin siması olub. O, sözügedən marka ilə müqavilə bağlayaraq 3 milyon TL (854 min 700 AZN) gəlir əldə edib.

Komediya janrında çəkilən reklam filmində Murad bir neçə saniyəlik şorba içəcək.

Qeyd edək ki, Murad 2017-ci ildə qazlı su reklamından 1 milyon 250 min TL, 2018-də isə mebel şirkəti üçün reklamdan 2 milyon TL pul qazanmışdı.