Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Bakı şəhər Prokurorluğunun keçmiş əməkdaşı Ülviyyə Abdalova və Leyla İsmayılovanın məhkəməsi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə zərərçəkmiş Toğrul Səfərov ifadə verərək deyib ki, M.Qafarovun oğlu Samirlə dost olub:
“Mən Samirdən eşitdim ki, atası sosial ev paylayır. Məhəmməd müəllimə müraciət etdim, ödəniş etmək üçün birgə “ASAN Xidmət”ə getdik. Orada Məhəmməd müəllimə 10 min manat verdim. Bu söhbətlər üzə çıxandan sonra Samir mənim pulumu qaytardı. İndi şikayət və tələbim yoxdur, xahiş edirəm bu şəxslərə cəza verilməsin”.
Proses mayın 11-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər