Şərq-Qərb İdarəetmə İnstitutu, Inc. (EWMI) film istehsalı və reklam şirkətlərini ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı barədə 5 qısa videoçarxın (bundan sonra Məhsul) hazırlanması üçün tender təkliflərini təqdim etməyə dəvət edir.
Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, məhsul üçün işlərin təsviri və tender təlimatları aşağıdakı əlavələrlə birlikdə Tender Paketinə daxil edilib:
Attachment A: Scope of Work/Əlavə A: İşin həcmi
Attachment B: Instructions to Bidders/Əlavə B: Namizədlər üçün təlimat
Attachment C: Letter of Submission/Əlavə C: Təqdimat Məktubu
Attachment D: Cost Proposal/Əlavə D: Maliyyə təklifi
Attachment E: Table of Past Experience/Əlavə E: Keçimş təcrübə barədə məlumat
Bu əlavələri buradan yükləmək və ya [email protected] ünvanına e-mail yollamaqla əldə etmək olar.
Uyğunluq tələbləri:
Maraqlı şirkətlər tenderdə iştirak etmək üçün tender sənədləri ilə birlikdə aşağıdakı sənədləri də təqdim etməlidirlər:
1. Qeydiyyat sənədləri;
2. Bank detalları;
3. Azərbaycan Respublikasında vergilərə və ya digər icbari ödənişlərə dair mövcud və ya keçmiş öhdəlikləri göstərən rəsmi vergi orqanından arayış;
4. Vergi şəhadətnaməsi (2%, 4% və ya 18%);
Təklif olunan qiymətlərin qüvvədə olma müddəti ən azı 60 (altmış gün) olmalıdır. Zəhmət olmasa, D Əlavəsinin müvafiq bölməsində ayıdn şəkildə qeyd edin;
Namizədin son 12 ayda maliyyə vəziyyətini təsvir edən bank arayışı;
7. Son 3 ildə oxşar dəyər və tipdə gördüyü işlər/layihələr (Əlavə E);
8. Əvvəlki layihələrin benefisiarlarından 3 zəmanət məktubu (imzalanmış, möhürlü, dolğun və müsbət);
9. Tender üçün şirkətin heyət siyahısı
Təklifin təqdim olunması:
Təkliflər iki nüsxədə iki möhürlənmiş zərfdə təqdim olunmalıdır. Möhürlənmiş zərflər “Original”/”Orijinal” və “Copy”/”Surəti” ilə işarələnməli və üzərində qaytarılma ünvanı qeyd edilməlidir. Təklifə Namizədlər üçün Təlimatda (Əlavə B) tələb olunan sənədlər və imzalanmış Təqdimat məktubu (Əlavə C) daxil olmalıdır.
Namizədlərdən Namizədlər üçün Təlimata (Əlavə B) xüsusi diqqət vermək və tələb olunan bütün sənədləri təqdim etmək tövsiyyə olunur. Bütün tələb olunan sənədlər təqdim olunmadığı halda təklif nəzərə alınmayacaq.
Bütün təkliflər poçt və ya kuryer vasitəsilə Cümə günü, 1 fevral, 2019, saat 16:00-dan gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır:
EWMI/SEDA
Satınalmalar üzrə Menecer
28 May küçəsi, 4/1
Bakı, AZ1095
Telefon, e-mail, teleqram və ya faksla təqdim olunan təkliflər qəbul olunmayacaq. Qeyd olunan vaxtdan gec təqdim olunan təkliflər nəzərə alınmayacaq.
Təkliflərin açılışı:
Təklif zərfləri 6 Fevral 2019-cu il tarixdə saat 11:00-da yuxarıdakı ünvanda qeyd olunan EWMI/SEDA Bakı ofisində açılacaq. Şirkətlərin məsul nümayəndələri təklif zərflərinin açılışında iştirak edə bilərlər.
Suallar və məlumat üçün:
[email protected] ünvanına Yanvarın 18-dək e-mail göndərə bilərsiniz. SEDA bütün maraqlı namizədlərə Yanvarın 23-dək cavab verəcək.
Son xəbərlər
Son Xəbərlər