Sosial iş yerləri və peşə hazırlığı təşkilində şəhid ailələrinə üstünlük veriləcək

sosial-is-yerleri-ve-pese-hazirligi-teskilinde-sehid-ailelerine-ustunluk-verilecek
Oxunma sayı: 693

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, qanunun 3-cü maddəsinin ikinci hissəsinə doqquzuncu abzas əlavə edilməsi təklif edilir. Belə ki, sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. 

Günel Türksoy