Sosial məişət xidməti göstərilən ən yaşlı vətəndaşın 110 yaşı var

sosial-meiset-xidmeti-gosterilen-en-yasli-vetendasin-110-yasi-var
Oxunma sayı: 914

Sosial Xidmətlər Agentliyi tərəfindən evdə xidmət göstərilən ən yaşlı vətəndaşın 110 yaşı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu 1912-ci il təvəllüdlü Qazaxın kəmərli kənd sakini İsgəndərova Leyla Cahangir qızıdır. Nazirliyin əməkdaşları tərəfindən ona sosial məişət xidmət göstərilir. 

Gülnar Əliyeva