Misirin sosial şəbəkə fenomeni Hanin Hussam həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, “Tik Tok” ulduzu əxlaqsızlıq etmək və əxlaqsızlığa təşviq, ailə dəyərlərinə ziyan vurmaq və internet vasitəsilə özəl saytlar yaratmaqda ittiham olunub.
Bu barədə baş prokuror Hammade es-Savi məlumat verib. Qeyd olunub ki, Hanin Qahirə Universitetində tələbələrin əxlaqının korlanmasına zidd addımlar atıb.
Rektor Osman el-Hişt isə müsahibəsində fenomenin universitetdən qovulacağını qeyd edib.





Son xəbərlər
Son Xəbərlər