“Əziz həmkarlarım, sosial şəbəkə istifadəçiləri, hamınızın vəziyyəti başadüşüləndir. Vətənimizin igid oğlanlarını itirmişik. İndi hər kəs sanki vurmağa, söyməyə, döyməyə adam axtarır. Bu sizin vətənpərvərliyinizdən, Azərbaycan övladına nə qədər dəyər verməyinizdən xəbər verir. Var olun! Hərdən mən də elə oluram. Bəzən yazılan şərhlərə, bəzi sənət adamlarının paylaşdığı fikirlərə aqressiv cavab vemək istəyirəm. Sonra lənət şeytana deyib, fikrimi dəyişirəm. Öz-özümdən soruşuram ki, qorxmursan düşmən saytlar “Azərbaycanlı sənətçilər, azərbaycanlılar bizim hücumumuzla bir-birinə qarşı çıxdı” başlıqlı yazılar paylaşarlar? İndi hamımızın psixoloji durumu pisdir. Buna görə də, sosial şəbəkədə hamı bir-birini qırır, təhqir edir. Bizə indi birlik, mehribançılıq, ruh yüksəkliyi lazımdır. Bir-birimizi incitməyək, əlbir olaq. Psixoloji durumu pis olan insan nə döyüşə, nə də əsgərlərə yardım edə bilər. Ona görə sınmaq lazım deyil. Biz güclü olmalıyıq, haqsızlığa haqq səsimizi eşitdirməliyik. Düzdür, bəzi insanlar var ki, yanlış danışırlar. Amma biz təşvişə düşməməliyik. Düşmənin istədiyi şeylərdən biri də budur ki, biz təşvişə düşək. Fikrimiz,düşüncəmiz mövcud vəziyyətdə qalmaqla həyat davam edir. Güman edirəm ki, yazdıqlarımı hirsli başla yox, normal oxuyub anlayarsınız. Bir yanlışım varsa, əvvəlcədən üzr istəyirəm. Allah şəhidlərimizə rəhmət etsin”.
Son xəbərlər
Son Xəbərlər