Sosial şəbəkədə Rəsulzadənin yeni fotosu paylaşıldı

sosial-sebekede-resulzadenin-yeni-fotosu-paylasildi
Oxunma sayı: 4250

Tədqiqatçı jurnalist Dilqəm Əhməd şəxsi kolleksiyasından Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin yeni fotosunu paylaşıb.

"Qafqazinfo" xəbər verir ki, sözügedən foto sosial şəbəkədə böyük maraqla qarşılanıb. Tədqiqatçı qeyd edib ki, şəkil hansısa vəsiqə üçün və ya jurnalda dərc etdirmək, yaxud da xatirə məqsədilə çəkilib.

D. Əhməd fotonun 1940-cı ildən əvvəl çəkildiyini ehtimal edib.

Qeyd edək ki, fotoşəkil qrafik dizayner Rəsul Həsən tərəfindən rəngləndirilib və ictimaiyyətə təqdim edilib.