Medianın İnkişafı Agentliyi brifinq keçirir.
“Qafqazinfo”nun məlumatına görə, Agentliyin sədri Əhməd İsmayılov bildirib ki, çap və onlayn mediaya dəstək üçün maliyyə vəsaiti ayrılmasında məqsəd peşəkar jurnalistikanın formalaşmasına dəstək olmaqdır: “Daha öncə də belə müsabiqələr keçirilib. Budəfəki müsabiqədə yeniliklər, yeni tələblər var idi. Çap mediası üçün yenilik bu idi ki, bundan öncə çap olunan yazıları qiymətləndirdik.
Onlayn media subyektlərinin dəstəklənməsi ümumiyyətlə yenilik idi. İndiyə qədər Azərbaycanda onlayn media qurumları dəstəklənməmişdi. Ötən gün və bu gün sosial şəbəkələri izlədik və gördük ki, bu müsabiqələrlə bağlı suallar yaranıb.
Bizim tərəfimizdən göstərilən dəstək çərçivəsində verilən maliyyə vəsaitinin xərclənməsinə nəzarət olunacaq”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər